Beynəlxalq axtarışa verilən şəxslər Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilən şəxslər Azərbaycana
Baş Prokurorluq
Gündəm 26-12-2024 - 18:59

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-a verilən məlumata görə, bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Yusifov Elşən Ələddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. 
 
V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
 
E.Yusifov Gürcüstan ərazisində saxlanılaraq 17.09.2024-cü il tarixdə, Vüsal Məmmədov Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

PAYLAŞ: