Beyləqanda 6 otaqlı ev yandı

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Ajans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.