"Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

İdman
08-02-2025 - 23:39
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu keçirilib.
Ajans.az xəbər verir ki, günün ilk matçında "Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü dəqiqədə penaltidən Joau Mario fərqlənib.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Samsunspor" doğma meydanda "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Turun digər matçları fevralın 9-10-da keçiriləcək.
Mövzular:
Oxşar xəbərlər
"Azərbaycan idman dövləti kimi öz gücünü beynəlxalq yarışlarda təsdiqləyir" - İlham Əliyev
İdman11:02 / 24-12-24