Bərdədə FACİƏ - Kirayədə yaşayan gənc ÖZÜNÜ ASDI
Bərdədə intihar hadisəsi olub.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Şəhriyar küçəsində baş verib.
Tovuz rayon sakini 29 yaşlı Ruhin Azər oğlu Paşayev kirayədə yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.