Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı
Baş Prokurorluq
Hadisə 31-01-2025 - 12:54
 84

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ: