Baş nazir: Slovakiyada hökuməti devirməyə çalışırlar

Baş nazir:
Gündəm 22-01-2025 - 20:13

Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran “beynəlxalq ekspertlər” qrupunun fəaliyyət göstərdiyini bildirib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.

“Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı “maydan”da (hərəkatında) aktiv iştirak etmiş “beynəlxalq ekspertlər” qrupu fəaliyyət göstərir”, - deyə Fitso mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.

PAYLAŞ: