Balakəndə ev yanaraq külə döndü

Balakəndə ev yanaraq külə dönüb.
Ajans.az "unikal"a istinadən xəbər verir ki, yanğın gecə saatlarında rayonun Kortala kəndində, kənd sakini 1940-cı il təvəllüdlü Osmanov Həsən Səhiddin oğluna məxsus yaşayış evində baş verib.
Yanğın yerinə Balakən rayon DYMX-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğında xəsarət alan olmayıb.