Türkiyənin daha bir hotelində dəhşətli yanğın - Ölən var

Türkiyənin daha bir hotelində dəhşətli yanğın -
Dünya 27-03-2025 - 09:47

Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın baş verib, alov qısa müddətdə bütün binanı bürüyüb. Faciə nəticəsində bir nəfər həlak olub.

Ajans.az "Hürriyet"ə istinadla xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, yanğınsöndürənlər dörd nəfəri xilas ediblər.

Hoteldə onlardan başqa heç kimin olmadığı düşünülür.

Yanğının səbəbi hələ müəyyən olunmayıb.

Qeyd olunur ki, hotel 78 nəfərin həlak olduğu Kartalkaya faciəsindən sonra bağlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

PAYLAŞ: