Zaqataladakı asma körpüdə qəza baş verib: Xəsarət alan var

Hadisə
27-03-2025 - 09:26
Gecə saatlarında Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Zaqatala şəhərindən keçən Tala çayı üzərindəki asma körpüdə qeydə alınıb.
Belə ki, "Hyundai" markalı 77-XF-575 dövlət nömrə nişanlı avtomobil körpüdən keçərkən yol kənarında dayanan 62-BC-555 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşına çırpılıb.
Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Vəfa Rəcəbli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun bloqer olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.