İsrailin Qəzzaya hücumu nəticəsində HƏMAS sözçüsü öldürülüb

İsrailin Qəzzaya hücumu nəticəsində HƏMAS sözçüsü öldürülüb
Dünya 27-03-2025 - 09:15

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.

APA xəbər verir ki, bu haqda “Reuters“ hərəkatın nəzarətində olan əl-Əqsa telekanalına istinadən məlumat yayıb.

“əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.

“əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: