Bakının bu rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Ajans.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 23-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Sulutəpə qəsəbəsində, saat 10:00-dan saat 15:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində, Mədən 1, 2, 3, 4 və Korpuslar adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.