Bakının bu ərazisində günlərdir SU GƏLMİR - SƏBƏB
Hövsan qəsəbəsində sakinlər içməli su qıtlığından əziyyət çəkirlər.
Ajans.az "Xəzərxəbər"-ə istinadən xəbər verir ki, Hövsan qəsəbəsində aylardır içməli su ya fasilələrlə, ya da aşağı təzyiqlə verilir. Son bir həftədir ki, ümumiyyətlə su verilişi dayandırılıb. Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri bu vəziyyətdən narazılıq ediblər. Daha ətraflı "Xəzərxəbər"-in məsələylə bağlı süjetini təqdim edirik: