Bakıda "Şərab Evi"nə basqın oldu

Hadisə
07-03-2025 - 10:22
Bakıda şərab evinə bıçaqla hücum edilib.
Ajans.az xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Çobanzadə küçəsi 23-də yerləşən "Şərab Evi" mağazasına bıçaqla hücum edərək kassada olan Xudaverdi Məmmədzadəni hədələyib. Bıçaqlı şəxs kassadan 1000 manat pulu götürərək oradan uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb.