Bakıda qız ağzı açıq lükə düşdü -VİDEO

Bakıda qız ağzı açıq lükə düşdü
Gündəm 23-02-2025 - 19:31
 321

Bakıda bədbəxt hadisə baş verib.

Ajans.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lükün içinə düşüb. Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Sürücülərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lükün içindən çıxarmağa müvəffəq olub.

PAYLAŞ: