Bakıda mağazada GÜCLÜ yanğın oldu

Bakının Nəsimi rayonunda yanğın olub.
Ajans.az xəbər verir ki, hadisə Mir Cəlal küçəsində yerləşən mağazanın zirzəmisində qeydə alınıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.//apa