Bakıda DƏHŞƏT: Ata özünü və 8 yaşlı qızını eyvandan atmaq istədi

Bakıda DƏHŞƏT: Ata özünü və 8 yaşlı qızını
intihar
Hadisə 05-12-2024 - 15:07

Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

Ajans.az Report.az-a istinadən xəbər verir ki, kişi 8 yaşlı qızını 10-cu mərtəbədən atmaq istədi.

Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: