Bakıda daha 2 nəfər tibbi spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Ajans.az lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonunda qeydə alınıb.
Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev metil spirtindən zəhərlənərək ölüblər.
Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.
Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.