Bakıda bu yoldakı zolaqlardan biri istifadəsiz qaldı
Yeni nişanlanma nəticəsində yoldakı zolaqlardan biri istifadəsi qalıb.
Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər şəhərin mərkəzi küçələrindən biri olan Mirzəağa Əliyevdəndir.
Ortaya çıxan mənzərə onu göstərir ki, 3 zolaqlı yolda yalnız zolaqlardan biri avtomobillərin istifadəsi üçün yararlıdır. Bu zolaqdan parklanma üçün də istifadə etmək mümkün deyil.
Sürücülər və sakinlər bildirirlər ki, bu vəziyyət ərazidə tıxacların yaranmasına səbəb olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.