Bakıda avtomobil yandı

Bakı şəhəri Xəzər rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Ajans.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.