Bakıda ağır qəza: Yaralı var

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Ajans.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Süleymanzadə Erkin Akif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.