Azərbaycanın sabiq naziri Qazaxıstanlı blogerlə ABŞ-da görüntüləndi - VİDEO
Azərbaycanın sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda görüntülənib.
Ajans.az "Musavat.com"- a istinadən xəbər verir ki, qazaxıstanlı bloger Madina Su Nyu-Yorkun məşhur 5-ci prospektində (New York, Avenue 5) doğum günü videosunu çəkərkən, təsadüfən həmin anda küçədən keçən Azərbaycanın keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevi də videoya salıb.
"Musavat.com" həmin görüntüləri adıçəkilən blogerin Instagram hesabından əldə edib və oxucularına təqdim edib.
Əbülfəs Qarayevin Nyu-Yorkda görünməsi və təsadüfən belə bir videoya düşməsi olduqca maraqlıdır. Uzun illər rəhbərlik etdiyi nazirlikdə qalmaqallı həbslərin, böyük maxinasiya və korrupsiyanın baş verdiyi halda, nazirin sərbəst şəkildə Amerikalarda dolaşması manidardır.
Ə.Qarayev nazirlikdəki korrupsiya sisteminin başında şəxsən dayanıb və milyonlarla sərvət əldə edib. Görünən budur ki, o, bu sərvətin əsaslı qismini ABŞ-a daşıyıb.