Azərbaycanın çox böyük planları var - İlham Əliyev

Siyasət
02-04-2025 - 12:21
Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.
Ajans.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
“Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mövzular:
Oxşar xəbərlər
Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Siyasət12:53 / 12-03-25