Ermənistanda daha bir vəzifəli şəxs işdən azad edildi

Ermənistanda daha bir vəzifəli şəxs
Xudatyan
Siyasət 20-11-2024 - 18:44

Hökumətin çərşənbə günü verdiyi qərara əsasən, Davit Xudatyan Ermənistanın Armavir vilayətinin qubernatoru vəzifəsindən azad edilib.

Ajans.az xəbər verir ki, Xudatyan yanvarın 11-dən yuxarıda adıçəkilən vəzifədə çalışıb və bundan əvvəl Armavir şəhərinin meri olub.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan “Facebook”da Xudatyanın Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri təyin ediləcəyini açıqlamışdı.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: