Kreml bu xəbəri təkzib ETDİ

Kreml bu xəbəri
Kreml
Siyasət 10-03-2025 - 14:20

Rusiya və ABŞ yaxın günlərdə Səudiyyə Ərəbistanında danışıqlar aparmalı deyildi.

Ajans.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, təsdiq edə bilmərəm. Kremlin sözçüsü müvafiq suala “Bu, doğru deyil” deyə cavab verib.

CNN daha əvvəl Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqların yeni mərhələsi üçün bu həftə Səudiyyə Ərəbistanında görüşəcəyini bildirmişdi. Eyni zamanda telekanalın mənbəsi danışıqlarda kimin iştirak edəcəyini söyləməkdən imtina edib. Görüşlərin həm Rusiya, həm də Ukrayna nümayəndələri ilə baş tutacağı gözlənilirdi.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: