Azərbaycanda sabiq qərargah rəisi HƏBS EDİLDİ - YENİLƏNDİ

Azərbaycanda sabiq qərargah rəisi
saxlanılma
Hadisə 06-12-2024 - 18:10
 310

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Bu barədə Hərbi Prokurorluqdan Ajans.az-a bildirilib

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

***

Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.

Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.

Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.

PAYLAŞ: