Azərbaycanda ən soyuq hava bu tarixdə olacaq -EHTİYYATLI OLUN

Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.