Azərbaycanda dövlət işçilərinin sayı azalıb

Azərbaycanda dövlət işçilərinin sayı
dövlət işçiləri
Gündəm 06-02-2025 - 18:20

Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1778.5 min nəfər olub, onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Ajans.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 16.3 min azalıb, özəl sektorda çalışanların sayı isə 53 min nəfər artıb.

PAYLAŞ: