Azərbaycan millisi Belçikada medal qazandı

İdman
09-03-2025 - 15:11
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq yarışında bürünc medal qazanıb.
Ajans.az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət üçlük qrup yarışda 3-cü yeri tutub.