Azərbaycan futbolunda legioner limiti ləğv olundu

Azərbaycan futbolunda legioner
Gündəm 03-02-2025 - 22:28

Futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub.

Ajans.az xəbər verir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qərar növbəti mövsümdən tətbiq olunacaq.

Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
 
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

PAYLAŞ: