Axtarışda olan cinayətkar sərhəddə yaxalandı
Hadisə Türkiyənin Ədirnə şəhərində baş verib.
Ajans.az xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində qəsdənadam öldürmə cinayətinə görə 25 il həbs cəzası olan S.A. (şərti ad) adlı şəxs sərhəddə qaçmağa çalışarkən yaxalanıb. Cİnayətkar qeyri-qanuni yollarla xarici ölkələrin birinə qaçmaq istəyirmiş. Lakin o polis tərəfindən həbs olunaraq məhkəməyə təhvil verilib.