Avropanın "qorxulu yuxu"su AÇIQLANDI

ABŞ prezidenti Donald Trampın siyasəti fonunda Avropa İttifaqı (Aİ) transatlantik alyansın sona çatmasından qorxur.
Ajans.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Bizim indi Avropanı məhv etmək istəyən Rusiya prezidenti ilə Avropanı da məhv etmək istəyən Amerika prezidenti arasında ittifaqımız var”, - deyə adı açıqlanmayan avropalı diplomat bildirib.
Mənbənin sözlərinə görə, indi “transatlantik alyans sona çatıb”. Eyni zamanda, yüksək rütbəli Polşa rəsmisi anonim danışaraq, Amerika liderinin ABŞ-ni NATO- dan çıxarmaq niyyətində olmadığını, sadəcə Avropanı Şimali Atlantika Alyansını gücləndirmək üçün "təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa" sövq etmək istədiyini söyləyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin əslində Avropaya qarşı deyil, AB bürokratiyasının bütün üzv dövlətlərin Brüssel xəttini izləməsi tələblərinə qarşı olduğunu ifadə edib.