Avropa çempionatında qazandığı medal əlindən alındı
Rusiyalı ağırlıqqaldıran Albert Sayaxov antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi məlumat yayıb. İdmançının qayda pozuntusuna 2012-ci ildə yol verdiyi açıqlanıb.
Bununla da A.Sayaxovun 2013-cü ildə Albaniyada keçirilmiş Avropa çempionatında qazandığı gümüş medal əlindən alınıb.