Astarada 33 yaşlı şəxs güllələndi

Astara rayon sakini 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ajans.az-a verilən məlumata görə, cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.