"ASAN İMZA" işləmədi, maaşların verilməsində problem yarandı

Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron xidmətlərində problem yaşanır.
Ajans.az-ın məlumatına görə xidmətlərdən yararlanmaq mümkünsüz olub. Hazırda sistemə "ASAN İmza" ilə daxil olmaq mümkünsüzləşib.
Nasazlıqla əlaqədar dövlət və özəl strukturlarda əməkdaşların əmək haqlarının ödənilməsində problem yaşanır.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq açıqlaması olacaq.
Cavidan Mirzəzadə
Vəzifəsi: