"Apple" dan dünya REKORDU: "iPhone" 17 gəlir, ilk dəfə...
Apple ən nazik “iPhone”u təqdim etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
Jurnalistlər analitik Ceff Punun hesabatına istinad edərək, “Apple”ın 2025-ci ildə yeni “iPhone 17 Air” smartfonunu buraxmağa hazırlaşdığı barədə şayiələri təsdiqləyib . Cihaz “iPhone Plus” seriyalı cihazları əvəz edəcək, Amerika brendinin tarixində ən nazik smartfon olacaq.
Punun sözlərinə görə, qadcetin təxminən 6 millimetr qalınlığında korpusu olacaq. Müqayisə üçün qeyd edək ki, hazırkı “iPhone 16 Pro” və “Pro Max” smartfonlarının korpusunun qalınlığı 8,25 millimetr, “iPhone 16” və 16 Plus – 7,8 millimetrdir. Bu göstərici üzrə rekord hazırda qalınlığı 6,9 millimetr olan “iPhone 6” ya məxsusdur. Cihaz 2014-cü ildə buraxılıb.
“MacRumors” jurnalistləri qeyd ediblər ki, “iPhone” 6 “Apple”ın ən nazik smartfonu hesab olunur, lakin brendin cihazları arasında bu göstərici üzrə rekordçu deyil. Amerika İT nəhənginin ən nazik qadceti 5,1 millimetr qalınlığında korpusa malik 13 düymlük iPad Pro planşetidir.