Almaniyada 19 türk əsilli şəxs deputat oldu

Almaniyada 19 türk əsilli
Gündəm 24-02-2025 - 22:47

Almaniyada dünən keçirilən ümumi seçkilərdə 19 türk əsilli namizəd Federal Məclisə (Bundestaq) millət vəkili kimi daxil olmaq hüququ qazanıb.

Ajans.az xəbər verir ki, türkiyə əsilli millət vəkilləri bu partiyalardan seçilib: Sosial Demokrat Partiyası (SPD) 7, Sol Partiya (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2 və Xristian Sosial Birlik Partiyası (CSU) 1 nəfər.

Hakan Dəmir, Mətin Haqverdi, Macit Qaraəhmədoğlu, Mahmud Özdəmir, Aydan Özoğuz, Dərya Türk Naçbaur və Sərdar Yüksel SPD-dən parlamentə seçilən adlar olub.

Sol Partiyadan Gökay Akbulut, Atəş Gürpınar, Fərat Koçak, Cansın Göktürk, Cansu Özdəmir, Cem Hamid İncə və Mirzə Edis, CDU-dan Serap Gülər və Tijen Ataoğlu, Yaşıllardan isə Ayşə Asar və Filiz Polad millət vəkili seçilib.

Qeyd edək ki, ötən dövrdə Almaniyada 18 türk əsilli şəxs parlamentdə çalışırdı.

PAYLAŞ: