Almaniya Ukraynaya yeni hərbi yardım göndərdi

Almaniya Ukraynaya yeni hərbi yardım
Dünya 17-03-2025 - 17:47

Almaniya Ukraynaya zirehli texnika, artilleriya, sursat və PUA-lardan ibarət yeni hərbi yardım paketini təhvil verib.

Ajans.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Məlumata görə, yeni yardım paketinə 24 ədəd MRAP zirehli maşınları, 3 ədəd “Çita” zenit qurğusu, 2 ədəd minatəmizləyən “Visent1 MC” tankı, “Gepard” zenit qurğusu üçün 10 min sursat, 8000 ədəd 120 mm-lik minaatan mərmisi, 2000 ədəd 122 mm-lik mərmi, 5000 ədəd 155 mm-lik mərmi, “Leopard 1” tankları, “Marder” PDM-ləri və İRİS-M zenit-raket kompleksləri üçün sursatlar, 30 ədəd “Gereon” və 50 ədəd “Vektor” PUA-ları və digər hərbi təyinatlı məhsullar daxildir.

PAYLAŞ: