Rusiyada DƏHŞƏT: Hərbi komissarlığı yandırmaq istədi
Sankt-Peterburqda hərbi komissarlığı yandırmağa cəhd edən 24 yaşlı yerli sakin saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə şəhərin Mərkəzi Dairəsinin Çaykovski küçəsində yerləşən hərbi komissarlığında baş verib. Həmin şəxs yanar qarışığı olan şüşəni binanın qapısına atıb. Yanğın söndürülüb. Saxlanılan şəxs bildirib ki, o, idarəçilərinin göstərişi ilə hərəkət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır.