Aktyor Nicat Rəhimovun səhhətində PROBLEM YARANDI

Aktyor Nicat Rəhimovun səhhətində
Nicat Rəhimov
Hadisə 07-01-2025 - 07:58
 6166

Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb.

Ajans.az xəbər verir ki, bu barədə onun dostu Elşən Orucov "Xəzər axşamı" verilişində məlumat verib.

O bildirib ki, Nicat mərhum dostu Azər Baxşəliyevə həsr olunan proqrama qatılmalı olsa da, şəkərinə görə geri qayıdıb:

"Biz xahiş etdik, yoldan qayıtdı. Nicat da Azəri çox istəyənlərdən biri idi. Şəkər xəstəsidir, dörd gündür şəkəri düşmür. O halda belə gəlirdi. İlkinlə biz xahiş etdik ki, qayıtsın. Çünki bilirik ki, özünü pis hiss edəcək. Möhkəm ol".

PAYLAŞ: