Ağsuda ağır yol qəzası: Ölən var

Ağsuda ağır yol qəzası:
Qəza
Hadisə 28-10-2024 - 18:39
 147

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində minik avtomobilləri toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: