Ağstafada 3 nəfər dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Ajans.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.
Onların hərbçi olduğu bildirilir.