Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNDİ
Ötən gün axşam saatlarında Ağdaşın Qoşavovaq kəndinin ərazisində kanalda batan 14 yaşlı Vüqar Zakirlinin meyiti sudan çıxarılıb.
Ajans.az xəbər verir ki, hadisədən sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.