Ağdamda qəza - Ölən və xəsarət alanlar var

Hadisə
20-02-2025 - 11:17
Ağdamda yol qəzası olub.
Ajans.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində İlyas Allahverənov hadisə yerində ölüb.
Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov, 1991-ci il təvəllüdlü Namik Cəfərov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular:
Oxşar xəbərlər
Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı... FOTOLAR
Hadisə07:51 / 09-10-24
Bakıda bu şirkət işçiləri səbəbsiz yerə işsiz qoyur? - “Azrose MMC”-dən ŞİKAYƏT
Hadisə17:11 / 14-03-25