Ağdamda kabel oğrusu tutuldu

Hadisə
11-02-2025 - 11:16
Ağdamda polis kabel oğrusunu saxlayıb.
Bu barədə Ajans.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mövzular:
Oxşar xəbərlər
Sumqayıtda 14 kq heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı a... VİDEO
Hadisə05:58 / 30-01-25