DİM dən şikayət: Bilərəkdən çətinlik yaradırlar- ŞOK AÇIQLAMA

DİM dən şikayət: Bilərəkdən çətinlik yaradırlar-
Cəmiyyət 21-02-2025 - 18:09

Bəzi abituriyentlər və ekspertlər imtahanların çətinlik səviyyəsinin birinci cəhddə daha yüksək olduğunu iddia edirlər.

Hətta, bu iddianın mümkün səbəblərini müxtəlif amillərlə əlaqələndirirlər. Beləki ilk imtahan mərhələsində daha çətin suallar verilərək yüksək nəticə göstərənlər ayırd edilir. Birinci cəhdin çətin olması, ikinci cəhdə daha çox hazırlaşmaq üçün tələbələri stimullaşdıra bilər.
Bəzi illərdə sualların çətinlik səviyyəsi fərqli olur, bu da nəticələrin balanslanmasına kömək edə bilər. Abituriyentlər birinci imtahanda daha gərgin olurlar, bu da nəticələrə təsir göstərir.
Amma rəsmi olaraq DİM imtahanların hər iki cəhddə eyni çətinlikdə olduğunu bildirir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Ajans.az"a bildirib ki, məsələ ilə bağlı deyilənləri, vurğulanan fikirləri çox əsassız hesab edirəm:

 "Hətta, mənə görə müəyyən dərəcədə qeyri-ciddi, qeyri-peşəkar yanaşmadır. Bu fikirlər qətiyyən DİM-in mövqeyinin müdafiəsi kimi anlaşılmasın. Birincisi, imtahan prosesi ilə bağlı hər hansı problemə hər zaman obyektiv münasibətə cəhd etmişik, ikincisi də, bu absurd mövzuda DİM-in müdafiəyə qətiyyən ehtiyacı yoxdur.
Suallarn hazırlanma prosesi, dəyərləndirmə texnologiyası, yoxlanma prosesini, bir sözlə, testologiyanın tələblərini bilən hər kəsə bəllidir ki, hər iki cəhd qəbul imtahanında ağırlıq dərəcəsi eyni qaydada paylanılır. Testologiyanın tələbələri olan-asan,orta və ağır suallarən bərabər qaydada, xüsusi ölçmə əsasında təqdimi hər iki cəhd qəbul imtahanında eynidir. Birinci cəhd qəbul imtahanının bilərəkdən, ödənişli ikinci cəhdə təşviq məqsədilə çətinləşdirilməsi əsassız sadəcə mümkün deyildir.
Məsələn, şəxsən mənə ötən il ikinci cəhdin daha qəliz olduğunu deyənlər çox olub".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: