Adəm Məmmədov həbs edildi

Adəm Məmmədov
Adəm Məmmədov
Hadisə 05-03-2025 - 14:01

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə belə hökm çıxarıb. 

Hökmə əsəsən vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlıqdan məhrum edilib.

Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovda həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı tanınmış vəkil Ceyhun Yusfovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

PAYLAŞ: