Abşeronda ağır qəza -  Yaralananlar var

Abşeronda ağır qəza - 
Hadisə 27-02-2025 - 09:06

Abşeron rayonunda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Ajans.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Şükürova Raya Adil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: