ABŞ Trampdan sanksiyaları ləğv etməyi tələb etdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp BRİKS- ə qarşı təhdidləri fonunda sanksiyaları ləğv etməlidir.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter özünün X sosial şəbəkə hesabında bildirib. “Əgər siz dünyanı dollara qaytarmaq istəyirsinizsə, dolları dünya üçün cəlbedici edin. İkinci dərəcəli sanksiyaları dayandırın”, - hərbi analitik yazıb.
Ritter həmçinin əlavə edib ki, ABŞ dondurulmuş aktivləri iqtisadi məhdudiyyətlər altında olan bütün ölkələrə köçürməli və SWIFT ödəniş sisteminə qaytarmalıdır. Onun sözlərinə görə, bu, Vaşinqtonun təşviq etdiyi ticarət sistemini daha cəlbedici edəcək.
Daha əvvəl Ritter bildirib ki, müdafiə sənayesi zəif olan və maliyyə çətinlikləri yaşayan NATO ölkələri Rusiyanın hərbi potensialı ilə ayaqlaşmağa çalışaraq fəlakəti sürətləndirir. Hərbi ekspert Qərb ölkələrinin istəyinin “fəlakət üçün resept” olduğunu da vurğulayıb.