ABŞ Suriyada “Əl-Qaidə” liderinə hava zərbəsi endirib - TRAMP

ABŞ Suriyada “Əl-Qaidə” liderinə hava zərbəsi endirib -
Tramp
Siyasət 18-02-2025 - 10:47

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu Suriyada Əl-Qaidə liderini hədəfə alan hava hücumu həyata keçirib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. 

“Bu həftə sonu ABŞ qüvvələri Suriyada Əl-Qaidənin qolu olan bir qrupa qarşı dəqiq hava hücumu həyata keçirib. Terrorçu lider bütün regionda Əl-Qaidə* ilə əməkdaşlıq edirdi”, – Amerika lideri Truth sosial şəbəkəsində yazıb.

Tramp ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla və ABŞ ordusunun əsgərlərini əməliyyatın uğurla başa çatması münasibətilə təbrik edib.

Xatırladaq ki, ötən il Pakistan hüquq-mühafizə orqanları “Əl-Qaidə”nin liderlərindən biri, Usamə bin Ladenin yaxın adamı Əmin ül-Həqi həbs etmişdi.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı etiraf etmişdi ki, 2023-cü ilin may ayında Amerikanın Suriyada Əl-Qaidə liderinə qarşı endirdiyi aviazərbə nəticəsində sadə bir fermer həlak olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: