ABŞ Rusiyayla "müharibə"yə başladı!
ABŞ Ukraynaya uzun mənzilli “ATACMS” raketləri ilə Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməklə Rusiya ilə birbaşa münaqişəyə girib.
Ajans.az xəbər verir ki, bunu keçmiş amerikan kəşfiyyatçı Skott Ritter X sosial şəbəkəsində bildirib. O bildirib ki, ABŞ hal-hazırda Rusiya ilə müharibədədir.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumu da Vaşinqton və NATO- nun köməyi ilə planlaşdırılıb. Onun sözlərinə görə, Kiyevin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarı ABŞ-nin birbaşa hərbi münaqişəyə keçidindən xəbər verir.
Ritter bu addımını Rusiyanın qələbəsi və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi perspektivində çarəsizliklə izah edib. Keçmiş kəşfiyyatçının sözlərinə görə, Amerikanın və dünyanın sağ qalması indi təhlükə altındadır.